İcra Hakimiyyətində müəmma: Müdir müavini icra başçısının müavini səlahiyyətini icra edir (FOTO)

image-1673940960_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpgbackend

Xocalı Rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini qeyr-rəsmi olaraq icra başçısının müavini kimi vətəndaşları qəbul edir.

Qaynarinfo-nun məlumatına görə, Əliyev Vahid Surxay oğlu 10 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı rayon təşkilatının sədri seçildiyi üçün icra başçısının müavini vəzifəsindən azad edilib.

İcra Hakimiyyəti başçısının müavini – Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə isə bu günədək təyinat olmayıb.

Amma vətəndaşları İcra Hakimiyyəti başçısının müavini – Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini kimi Allahverdiyev Bəxtiyar Füzuli oğlu qəbul edir.

Bəxtiyar Allahverdiyev isə icra başçısı Şahmar Usubovun qeyri-rəsmi tapşırığı ilə başçının müavini – Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edir.

Xocalı Rayon İcra Hakimiyyətindən məlumatı təsdiqləsələr də, bildirilib ki, sözügedən vəzifəyə hələlik təyinat yoxdur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90