Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 967 $▲1.34%
  • Ethereum1 820 $▲2.91%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Gündəm

"İki həftə ərzində sülh sazişinin imazlanacağını düşünmürəm" - Elmar Məmmədyarov

image-1702099471_487613
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı iki gün öncə birgə açıqlama yayıb.

Bakı və İrəvan arasında əldə edilən son müsbət razılaşma – 34 nəfər saxlanılan hərbçinin (32 erməni hərbçi, 2 azərbaycanlı əsgər) azad olunması, eləcə də Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini dəstəkləməsi, Azərbaycanın isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləməsi kimi addımlar müxtəlif aspektlərdən şərh olunur.

Busaat.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, saxlanılan hərbçilərlə bağlı birbaşa danışıqlar və razılıq mühüm hadisədir:

“Ən ciddi məsələ birbaşa danışıqların olması ilə bağlıdır. Dəfələrlə demişəm ki, ən yaxşı yol məhz budur. Delimitasiya məsələsində olduğu kimi, sülh danışıqları da birbaşa ikitərəfli qaydada müzakirə olunmalıdır. Azərbaycan Prezidentinin Administirasiyası ilə Ermənistan Baş naziri Aparatının birbaşa əlaqə qurub razılığa gəlməsi birbaşa danışıqlara start verilməsi üçün imkanın olduğunu göstərir. Sülh müqaviləsinin daha da tezləşməsi baxımından da bu vacibdir”.

E.Məmmədyarov sülhün bir-iki həftəyə imzalana bilməyəcəyini söyləyib:

“Sülh müqaviləsinin mətni nə qədər tez razılaşdırılarsa, saziş də elə tez imzalanacaq. Ancaq mən iki həftə və ya bir ay ərzində sülh sazişinin imazlanacağını, yəni prosesin belə tez baş tutacağını düşünmürəm. Görək, hələ gələn il Ermənistan tərəfinin mövqeyi necə olacaq?”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130202