Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.08 $▼0.39%
  • WTI neft86.26 $▼0.44%
  • Avropa qazı (TTF)86.60 €▲1.94%
  • Təbii qaz (ABŞ)3.304 $▲0.40%
  • Qızıl4 066 $▲0.28%
  • Gümüş53.01 $▲0.93%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda602.00 ¢▲1.35%
  • Bitcoin74 031 $▲0.45%
  • Ethereum2 067 $▲0.78%
  • S&P 5007 521▼0.37%
10°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Gündəm

İlham Əliyev FƏRMAN İMZALADI

image-ilham_eliyev
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan vətəndaşlarının xaricdə patentləşdirdiyi ixtiranın xərclərinin yarısı dövlət tərəfindən qarşılanacaq.

Busaat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək.

Nazirlər Kabineti isə xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79446