Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.91 $▲0.52%
  • WTI neft86.32 $▲0.76%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.301 $▲2.74%
  • Qızıl4 041 $▼2.03%
  • Gümüş51.46 $▼3.35%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 424 $▼0.22%
  • Ethereum2 047 $▼0.15%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
İlham Əliyev

İlham Əliyev Fərman imzaladı

image-ilham-3-jpg-1732019567
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması ilə əlaqədar Fərman imzalayıb.

Busaat.az xəbər verir ki, Fərmana əsasən, yaradılacaq sistem MİRAS adlandırılacaq.

Fərmanda qeyd olunub ki, DTX MİRAS-ın formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, həmçinin ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Dövlət başçısı Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi haqqında Əsasnaməni də təsdiq edib.

Əsasnamədə göstərilir ki, MİRAS-ın formalaşdırılmasının məqsədi Xidmətin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Dövlət sirri haqqında”, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquq və vəzifələrinin icrasının təmin olunmasından, dövlət təhlükəsizliyi sahəsində elektron məlumat mübadiləsinin, eləcə də müvafiq sahə üzrə təhlillərin aparılmasından, proqnozların və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

MİRAS-ın Əsasnaməsinin tam mətni ilə buradan tanış olmaq olar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=176836