İlham Əliyev və Peter Pelleqrini Bratislavada Devin qəsrində olublar

image-herhdyjt9jz91elnfdmgbfl310dudl3jod6kk6v8_825backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada Devin qəsrində olublar.

Busaat.az xəbər verir ki, dövlət başçısına Morava və Dunay çaylarının qovuşduğu məkanda yerləşən qədim qəsr barədə məlumat verildi.

Bildirildi ki, Slovakiyanın rəmzlərindən biri olan Devin qəsri bu ölkənin milli mədəniyyət abidələri siyahısına daxildir. Yazılı mənbələrdə Devin adına ilk dəfə 864-cü ilə təsadüf edən salnamələrdə rast gəlinir. Qəsr 822-907-ci illərdə mövcud olmuş Böyük Moraviyanın tarixində mühüm rol oynayıb. XIII əsrdə Devin macarların kral və sərhəd qalası olub. 1809-cu ildə Napoleonun ordusu qalanı minalayaraq partladıb. 1896-cı ildə qalanın dağılmasının rəmzi olaraq burada abidə ucaldılıb. Birinci Dünya müharibəsindən sonra qala qalıqlarının üzərində olan dağ massivində ilk mağaralar aşkarlanıb. Ərazidə ümumilikdə fasilələrlə bir əsrdən artıqdır ki, arxeoloji araşdırmalar aparılıb. Minilliklər boyunca Devin qalası qədim insanların məskəni, eyni zamanda, tacirlər və döyüşçülər üçün toplanış yeri olub.

LP0VPrqAh86JBftzdLq4c3pUyqo8xCLWR6fpDzl8 1200 QVuEI46Aned3mFveZMVzA4iAlJic4re43ximMhIb 1200 D3e8vvtCuXbqlcgFJwuH98nm4gji30Z8CVYCDDUX 1200 lPL3k9vPdwTRGKjg6EeuyIHdt6VciutAEaDU78Gr 1200


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki