Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 415 $▲2.04%
  • Ethereum1 833 $▲3.65%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

İlham Əliyevin adını çəkdiyi Həsən Məcidov kimdir?

image-1704972223_hesen_mecidov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı bir sıra mövzulara toxunub.

Prezident Xankəndi şəhərinin mərkəzindəki inzibati binanın erməni separatçıların yuvasına çevirilməsindən də bəhs edib:

“O meydanın başında yerləşən, – onu da deməliyəm ki, səhv etmirəmsə, Həsən Məcidov adlı bir Azərbaycan memarı, həmin o “Apkom” deyilən binanın müəllifi olmuşdur, – həmin o binada Azərbaycana qarşı çox çirkin bir oyunun başlanğıcına hamımız şahid olduq”.

Prezidentin adını çəkdiyi memar Həsən Məcidov kim olub?

Busaat.az xəbər verir ki, Həsənağa (Həsən) Əli oğlu Məcidov 12 dekabr 1914-cü ildə Bakıda sənətkar ailəsində doğulub. Orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olub, 1937-ci ildə buranın memarlıq-tikinti fakültəsini bitirib. Tələbəlik illərində “Azərdövlətlayihə” Dövlət Layihə İnstitutunda texnik, ali məktəbi bitirdikdən sonra isə bu institutunda memar vəzifəsində işləyib.

Böyük Vətən müharibəsi illərində Həsən Məcidov Sovet Ordusu sıralarına qatılıb və döyüşlərdə yaralanaraq 1946-cı ildə ehtiyata buraxılıb. Bundan sonra o, yenidən yaradıcılıq fəaliyyəti göstərib, bir sıra binalarının layihələrini işləyib hazırlayıb. Bir müddət layihə idarəsinin baş mühəndisi olan Həsən Məcidov 1948-ci ilin fevral ayından “Azərdövlətlayihə” İnstitutunun 2 №-li memarlıq emalatxanasının rəhbəri vəzifəsində çalışıb. 1954-cü ildən Azərbaycan Politexnik İnstitutunda memarlıq konstruksiyaları dosenti olub.

Həsən Məcidov Azərbaycan Memarlar İttifaqı Rəyasət Heyətinin üzvü olub.

Onun layihəsi əsasında 1960-cı ildə hazırkı Muzey Mərkəzi tikilib.

Həsən Məcidov Azərbaycanda digər layihələrin də müəllifi olub – Binədə Bakı təyyarə limanı, “Bakı” mehmanxanası, Naxçıvanda Dövlət Musiqili Dram Teatrının binası, keçmiş Dzerjinski adına mədəniyyət sarayı və s.

H.Məcidov 1959-1960-cı illərdə Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri işləyib. 1960-cı ildə ona Azərbaycan SSR əməkdar inşaatçısı fəxri adı verilib.

Memar 11 yanvar 1978-ci ildə Bakıda vəfat edib.

Hazırda Bakının Yasamal rayonunda Həsən Məcidov adına küçə var.Modern.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=132515