
İngiltərə millisindən qol rekordu
İngiltərə millisi yeni rekorda imza atıb.
Busaat.az “Opta”ya istinadən xəbər verir ki, komanda buna DÇ-2022-nin seçmə mərhələsinin 9-cu turunda Albaniyaya 5:0 hesabı ilə qalib gəlməklə nail olub. Bununla da, Qaret Sautqeytin baş məşqçisi olduğu komanda 2021-ci ildə vurduğu qolların sayını 41-ə yüksəldib.
Beləliklə, yığma 1908-ci ildəki qol rekordunu yeniləyib. Həmin vaxt britaniyalılar 39 dəfə fərqlənməyi bacarıb.























