
İngiltərədən Türkiyəyə döyüş təyyarəsi mesajı: "Satmağı düşünürük"
Britaniyaya məxsus Eurofigter Typhoon döyüş təyyarələrinin Türkiyəyə mümkün satışı ilə bağlı qiymətləndirmələr edilib.
Busaat.az xəbər verir ki, bu barədə İstanbulda keçirilən “SAHA EXPO 2022” sərgisini ziyarət edən Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles bildirib.
Ben Uolles Böyük Britaniyanın Türkiyəyə Eurofigter Typhoon döyüş təyyarələri satmağı düşündüyünü bildirib.
Sərgidə iştirak edən Uolles qeyd edib: “Bayraktarın qabiliyyətlərini gördüm, Türk müdafiə sənayesi gücünə güc qatır. Gəlib görmək mənim üçün vacibdir”.
“Bəli, Türkiyəyə döyüş təyyarələri satmağı düşünürük. Amma bu, Türkiyə Hərbi Hava Qüvvələrinə və Türkiyə hökumətindən asılı olan bir məsələdir” – deyə, Uolles Eurofigter Typhoon döyüş təyyarəsi layihəsində başqa tərəfdaşların da olduğunu vurğulayıb.
Uolles həmçinin İngiltərə ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində çox sayda ortaq layihələrin olduğunu vurğulayaraq əlaqələri daha da artırmağa hazır olduqlarını bildirib.
Qeyd edək ki, Milli Müdafiə naziri Hulusi Akar bu yaxınlarda İngiltərəyə gedib və Eurofigter Typhoon döyüş təyyarəsini yoxlayıb.
Busaat.az























