“Intersputnik”: “Azərkosmos”la tərəfdaşlığımız davam edəcək”

image-andrey-kirillovicbackend

Beynəlxalq kosmik rabitə təşkilatı – “Intersputnik”lə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Kosmik Agentlik – “Azərkosmos” arasında tərəfdaşlıq və biznes əlaqələri uzun müddət davam edəcək.

Busaat.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Intersputnik”in Biznesin inkişafı üzrə marketinq strategiyası departamentinin direktoru Andrey Kirilloviç bildirib.

“Biz Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində ekspozisiya və stendlər təqdim etməkdən şadıq. Bu tədbir bizə 2 məsələyə görə maraqlıdır. 1-cisi təşkilatımız Beynəlxalq Astronavtika Federasiyasının üzvüdür, biz müxtəlif tədbirlərdə mütəmadi olaraq iştirak edirik. 2-cisi isə Beynəlxalq Astronavtika Konqresinin təşkilatçılarından biri “Azərkosmos”dur. “Intersputnik”də isə 25 ölkə milli tənzimləyicilər və yaxud nazirliklər səviyyəsində təmsil olunur. Rusiya, Belarus, Bolqarıstan, Türkmənistan, Tacikistan, Qazaxıstan və digər ölkələr kimi Azərbaycan da təşkilata üzvdür”, – deyə o qeyd edib.

“Bu ölkələr təşkilatın praktiki fəaliyyətində iştirak üçün kosmik rabitə və telekommunikasiya sahəsi ilə bağlı dövlət və yaxud özəl şirkətlər təyin edirlər. Azərbaycanı isə “Azərkosmos” təmsil edir”, – deyə “Intersputnik”in rəsmisi əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90