Mütəxəssislər yeni Apple smartfonunu hissələrə ayıraraq komponentlərin qiymətini təhlil ediblər.
Busaat.az xəbər verir ki, qurğu hissələrinin qiyməti 558 dollardır, bu da iPhone 14 Pro Max-ın qiymətindən 12 faiz çoxdur.
iPhone 15 Pro Max displeyi iPhone 14 Pro Max ekranından 10 faiz, yeni çip 27 faiz, telefoto obyektiv və kamera sistemi isə 3,8 dəfə bahadır.
Mütəxəssislər həmçinin aşkar ediblər ki, flaqman iPhone-un titan çərçivəsi iPhone 14 Pro Max-ın polad çərçivəsindən 47 faiz bahadır.