Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.55 $▼3.16%
  • WTI neft82.56 $▼2.57%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.374 $▲6.70%
  • Qızıl3 745 $▼1.10%
  • Gümüş45.27 $▼1.18%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda587.25 ¢▼2.97%
  • Bitcoin62 620 $▲0.62%
  • Ethereum1 773 $▲0.61%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Cəmiyyət

İqbal Məmmədovun “Relax”ı əl dəyişir

image-1724937069_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Milli Məclisin VI çağırış deputatı İqbal Məmmədova məxsus olan Lerikdəki “Relax” İstirahət Mərkəzinin əl dəyişdirəcəyi deyilir.
Qaynarinfo-nun məlumatına görə, yay mövsümü bitdikdən sonra “Relax”ın fəaliyyəti yeni yaradılcaq törəmə şirkəti tərəfindən qurulacaq.
Şirkətin qanuni təmsilçisi və baş direktoru dəyişəcək. Hazırda müəssisədə təhvil-təslim işlərin aparılması üçün proseslər gedir.
İqbal Məmmədov bu ilin sentyabrın 1-də keçiriləcək parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının siyahısından kənarda saxlanılıb.
Deputatlığı müddətində İqbal Məmmədovun adı müxtəlif qalmaqallarda hallanıb. Onunla bağlı ən qalmaqallı xəbər ləğv edilən Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının “Relax”da operativ vergi nəzarəti tədbirləri keçirmək istəyərkən deputatın oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostları tərəfindən döyülmələri olub.
Daha bir qalmaqallı xəbər isə “Relax”da çayçı işləyən Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyitinin işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunması olub.
Deputatın 2017-ci ildə “Lerik Broyler” MMC-sində baş verən partlayış nəticəsində Vüqar Abbasov adlı şəxs ölüb, xeyli sayda insan yaralanıb.
İqbal Məmmədov bir milyon manat dəyəri olan mənzillərinin əlindən alınması, həmçinin müxtəlif fotolarla şantaj edilməsi ilə də gündəmə gəlib.
Hazırda İqbal Məmmədovun qeyri-rəsmi sahibi olduğu şirkətlərin dövlətə milyonlarla vergi borcu var. Deputatın qardaşı və qohumlarının rəhbərlik etdiyi şirkətlərin vergi borcu 10 milyon manatdan çoxdur.
Belə ki, “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin 9.393.819,13 manat, “Lerik Broyler” MMC-nin 22.560,79 manat, həmçinin digər şirkətlərinin də külli miqdarda vergi borcu var.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=146431