
İran “4B Səyyad” adlı yeni yerüstü raketini nümayiş etdirib
İran “4B Səyyad” adlı 300 kilometr mənzilli yeni raketini təqdim edib.
Busaat.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Məlumata görə, “4B Səyyad” adlı yeni raketin buraxılış mərasimi İran Kosmik Agentliyində Müdafiə naziri Əmir Məhəmmədriza Aştiani və Hərbi Hava Qüvvələri komandanı, briqada generalı Əlirza Səbahi Ferdin iştirakı ilə keçirilib.
Təxminən 30 ilə yaxındır ki, raket proqramını inkişaf etdirən Tehran administrasiyasının 300 və ya 3 min kilometr mənzilə malik müxtəlif ballistik raketləri var.
Kimyəvi, nüvə və bioloji döyüş başlıqları daşıya bilən ballistik raketləri ilə Avropa, Asiya və Afrikanın əksər hissəsi və Yaxın Şərqdə bir çox nöqtələri vurmaq potensialına malik olan İranın bu gücü, başda İsrail olmaqla, region ölkələri tərəfindən təhdid kimi qəbul edilir.
Busaat.az























