İran 6 ildən sonra İƏT-ə qayıtdı

image-irannbackend

Bir neçə iranlı diplomat İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən ofisində işini bərpa edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı “ISNA” agentliyi yayıb.

Məlumata görə, 3 iranlı diplomat Səudiyyə Ərəbistanına getmək üçün viza alıblar və Ciddə şəhərinə yola düşüblər.

Bildirilir ki, İran nümayəndələri 6 illik fasilədən sonra İƏT-dəki fəaliyyətini bərpa edirlər.

İki ölkə nümayəndələri arasında İraqın paytaxtı Bağdad şəhərində keçirilən danışıqlardan sonra diplomatların İrandan Səudiyyə Ərəbistanına yollanması barədə razılıq əldə olunub.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2015-ci ilin martında pisləşib. Bu zaman Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya Yəmən ərazisində “Ənsar Allah” hərəkatına (husilər) qarşı hərbi əməliyyata başlayıb. İran Səudiyyə Ərəbistanının bu addımını regionda sabitliyin pozulması kimi qiymətləndirib. Ər-Riyad isə öz növbəsində İranı husiləri dəstəkləməkdə ittiham edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90