Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 218 $▼1.47%
  • Ethereum1 908 $▼1.00%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İran dronlarının dağıtdığı Kiyev - Fotoreportaj

image-sqq-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son aylarda Rusiya qoşunlarının həyata keçirdiyi raket və hava hücumları nəticəsində Ukraynanın Kiyev, Dnepr, Xarkov, Jitomir və Krivoy Roq rayonlarında mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Yaşayış məntəqələrindəki obyektlər, o cümlədən elektrik stansiyaları və yarımstansiyaları sıradan çıxıb, yaralılar olub.

Busaat.az “Report”a istinadən xəbər verir ki, paytaxt Kiyevdə hücumlar şəhərin şimal-şərqindəki Desnyanski rayonunda mühüm infrastruktur obyektlərinə edilib. Kiyevdə Dnepr çayının sol sahilində işıq və su verilişində fasilələr yaranıb.

Hücumların qarşısının alınması üçün əməliyyat həyata keçirən Ukrayna hərbçiləri İrana məxsus onlarla pilotsuz uçuş aparatlarını (PUA) vurublar.

Məsələni “Report”a şərh edən Ukraynanın UNİAN İnformasiya Agentliyinin şef redaktoru Mixail Qannitskiy bildirib ki, bu dronlar istifadə taktikası sayəsində olduqca effektivdir. Onlar vasitəsilə kütləvi zərbələr endirmək mümkündür. Üstəlik, ucuz olduğuna görə Rusiyanın bu dronlardan kütləvi şəkildə istifadə etmək imkanı var. Söhbət ondan gedir ki, “Shahed” pilotsuz uçuş aparatı bu dronun vurulması üçün istifadə edilən istənilən növ hava hücumundan müdafiə sistemlərinin qiymətindən aşağıdır. Məsələn, hətta “Stinger”dən 1 raket atışı belə 1 “Shahed” PUA-dan baha başa gəlir”.

Onun sözlərinə görə, dronlardan kütləvi istifadə edilməsi nəticəsində onlardan birinin və ya bir neçəsinin hədəflərə çatmaq ehtimalı artır:

“100 dron buraxılır, onlardan cəmi dördü hədəfi vurur. Lakin 4 dronun elektrik stansiyasına zərbəsi nəticəsində belə ciddi ziyan dəyir. Bu amil olmasaydı, rusiyalı terrorçularının ukraynalılara və Ukrayna iqtisadiyyatına cəbhə xəttindən 150 kilometr uzaqda hücum etmək üçün resursları olmayacaqdı. Buna görə də ayətullahların kriminal rejimi Ukraynada müharibənin uzadılmasında birbaşa məsuliyyət daşıyır və ukraynalılara, o cümlədən müsəlman ukraynalılara qarşı soyqırımının həyata keçirilməsində əlbirdir”, – M.Qannitskiy bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90505