“Ötən gün Azərbaycan sərhədləri üzərində İranın döyüş təyyarələrinin uçuş etməsi güc nümayiş etdirmək istəyindən qaynaqlanır. Bu isə İranın Azərbaycana güc tətbiq edə biləcəyi mesajıdır”.
Bunu İranın Azərbaycana qarşı planının nə olduğundan danışan hərbi ekspert Elxan Şıxəliyev Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, İran-Azərbaycan münasibətlərinin gərginləməsinin səbəbini axtarmaq üçün yaxın keçmişə nəzər salmaq lazımdır:
“44 günlük müharibədə qələbə çalması ilə Azərbaycana qarşı İranda qıcıq yaranmağa başladı. Ermənistanın sərhədlərini özünün “qrımızı xətt”i hesab edərək Azərbaycanın düşmənlərinin yanında yer aldı. Cənub sərhədimizdə keçirdiyi hərbi təlimdə İranın çayın üzərinə salına bilən körpülərdən istifadə etməsi isə Azərbaycana qarşı planlarının olduğunun göstəricisidir”.
“Tehranda Azərbaycan səfirliyinə qarşı olunan terror Azərbaycan ərazisinə hücum kimi qiymətləndirilməlidir. Çünki səfirliyin yerləşdiyi yer Azərbaycan ərazisidir. Bu hər bir ölkə üçün keçərlidir. Terror hücumunun obyektiv araşdırılmaması elə İran tərəfindən təşkil oluduğunun göstəricisidir. Ötən gün isə Azərbaycan sərhədləri üzərində İranın döyüş təyyarələrinin uçuş etməsi güc nümayiş etdirmək istəyindən qaynaqlanır. Bu isə İranın Azərbaycana güc tətbiq edə biləcəyi mesajıdır”.
Ələsgər /Busaat.az