
İran İnqilab Keşikçiləri Qvardiyasının iki zabiti müəmmalı şəkildə ölüb
İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Aerokosmik Qoşunlarının iki zabiti Əli Kamani və Məhəmməd Abdus müəmmalı şəkildə ölüb.
Busaat.az “İranintl”ə istinadən xəbər verir ki, bu barədə qvardiyaya yaxın mənbələr bildirib.
İnqilab Keçikçiləri Qvardiyasının Mərkəz əyalətindəki qoşunlarının ictimaiyyətlə əlaqələr bölməsinin açıqlmasına əsasən Əli Kamani İranın Xomeyni şəhərində avtomobil qəzasında həyatını itirib. Açıqlamada o, şəhid adlandırılıb.
“Fars” xəbər agentliyi isə bildirib ki, Məhəmməd Abdus İranın Semnan əyalətində xidməti vəzifəsini icra edən zaman ölüb. O, da şəhid kimi təqdim olunub.
Lakin SEPAH zabitlərinin ölümünün təfərrüatı açıqlanmayıb.























