İran ordusu ölkənin böyük bir hissəsini əhatə edən genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) təliminə başlayıb.
Busaat.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Mənbənin sözlərinə görə, komandir kontr-admiral Həbibullah Səyyari mətbuata açıqlamasında “1402 Ordu İHA” adlı təlimin səhər saatlarında başladığını və bir neçə gün davam edəcəyini bildirib.
“Bu təlimdə orduya aid çoxlu sayda pilotsuz uçuş aparatı xüsusi və çətin şərtlərdə istifadə ediləcək. Onların müşahidə və kəşfiyyat, elektron döyüşlərdəki tutumları və döyüş meydanları qiymətləndiriləcək”, – Səyyari söyləyib.
Komandir qeyd edib ki, təlimdə müxtəlif tipli PUA-lardan, həmçinin “Kaman 19”dan istifadə olunub.
Məlumat verilib ki, yeni PUA ilk dəfə fəaliyyətə başlayıb və təlimdə elektron döyüş tədbirlərini uğurla yerinə yetirib.