“İran Rusiyaya 300 PUA tədarük edəcək, əvəzində Su-35 hücum təyyarələri alacaq” – “Debka” nəşri

image-thumb600x0-8backend

Bu günə İran Ukraynada vuruşan Rusiya ordusuna 46 ədəd iki model- “Şəhid-129” və “Şəhid-191” zərbə-kəşfiyyat pilotsuz uçuş aparatları tədarük edib.

Ümumilikdə, İran rusiyalılara 300 döyüş PUA-ları tədarük edəcək.

Əvəzində Rusiya İrana müasir dördüncü nəsil Su-35 qırıcı təyyarələr verəcək.

Bu barədə İsrailin təhlükəsizlik məsələləri üzrə ixtisaslaşan “Debka” saytı məlumat verib.

Məlumata görə, Ukraynada müharibənin gedişində zədələnən Rusiya təyyarələri son zamanlar təmir-texniki işlər üçün İrana göndərilir.

Lakin iki ölkə arasında hərbi əməkdaşlıq daha irəliyə gedir.

Qərb kəşfiyyatının nümayəndələri məlumat verib ki, bu yaxınlarda Rusiya və İran zabitləri arasında görüş keçirilib və İranın Rusiya ordusuna Ukraynaya qarşı müharibədə istifadə etmək üçün ballistik raketlərinin geniş arsenalının bir hissəsini tədarük etmək imkanını müzakirə edib.

Rusiya ordusu daima Ukrayna şəhərləri və hərbi obyektlərinə raket zərbələri endirir və raket çagışmazlığını hiss edir.

Rusiya və İran həmçinin İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bölmələrinin Suriyada olan Rusiya bölmələrinin Ukraynaya göndərilməsindən sonra Rusiyanın hərbi bazalarında yerləşdirilməsi imkanını müzakirə edir.

Bu imkan bu yaxınlarda İİKK-nın komandanı general Hüseyn Salaminin Dəməşqə səfəri və Suriya prezidenti Bəşər Əsədlə iyulun 22-də görüşü zamanı müzakirə edilib.

İndiyədək Moskva qismən İran qüvvələrinin ekspansiyası və Suriyada yerləşməsinin qarşısını alıb, lakin Qərb kəşfiyyatının məlumatına görə, bunu daha etmir.

Rusiya və İranın yaxınlaşmasında daha bir addım 17-27 avqustda Rusiya, Çin və İranın hərbi-dəniz qüvvələrinin Venesuelada keçiriləcək böyük hərbi-dəniz təlimləridir.

Bu, Rusiyanın İranla birgə hərbi-dəniz təlimlərində ilk dəfə iştirak etməsidir.

Eyni zamanda bu, ABŞ üçün siqnaldır: üç hərbi-dəniz donanması total müharibə zamanı Birləşmiş Ştatlardakı hədəfləri məhv etmək qabiliyyətinə malikdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90