
İran və ABŞ qarşıdurması böyüyür: Rəisidən Baydenə SƏRT CAVAB
ABŞ və İran arasında müstəqillik müzakirələri getdikcə artır.
Busaat.az xəbər verir ki, ABŞ və İran arasında illərdir səngiməyən gərginlik yenidən artmağa başlayıb.
ABŞ-ın 1995-ci ildən bu yana sanksiya tətbiq etdiyi İranla bağlı açıqlama verən prezident Coe Baydenin sözlərinə İran prezidenti İbrahim Rəisi cavab verib. Ötən gün qatıldığı mitinqdə çıxışı zamanı Baydenin tərəfdarları cib telefonlarını qaldırıb “İranı azad et” mesajı verib və bundan sonra Bayden, “narahat olmayın, biz İranı azad edəcəyik” deyib.
Baydenin bəyanatına cavab verən İran prezidenti İbrahim Rəisi deyib: “Mən Baydenə deyirəm, İran 43 il əvvəl azad edilib”. Rəisi bu sözü ilə 1979-cu il İran İslam inqilabını xatırladıb.
Busaat.az























