
İranda ağır yol qəzası - 9 ölü, 5 yaralı
İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində ağır yol qəzası baş verib.
Busaat.az İLNA agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində azı 9 nəfər ölüb, 5 nəfər yaralanıb.
Qəza üç minik avtomobili, bir yük maşını və xırdabuynuzlu heyvanların daşındığı minik avtomobilinin toqquşması nəticəsində baş verib.























