İranın qərbində 5,8 maqnitudalı zəlzələ baş verib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı yayıb.
Məlumata əsasən, zəlzələnin episentri İranın Məscid Süleyman şəhərindən 47 km şimal-şərqdə, İraqla sərhədin təqribən 185 kilometrliyində yerləşib.
Dağıntılar barədə hələlik məlumat daxil olmayıb.