
İrandan ABŞ, İsrail, BB və Səudiyyə Ərəbistanına SƏRT MESAJ: “Səbrimiz tükənə bilər”
İran indiyə qədər möhkəm rasionallıqla strateji səbr nümayiş etdirib, lakin düçmənçilik davam edərsə bu strateji səbrin davamı üçün heç bir zəmanət vermir.
Busaat.az xəbər verir ki, bunu İranın Kəşfiyyat naziri İsmayıl Xətib deyib.
Məlumata görə, İranın Kəşfiyyat naziri Xətib ölkədəki etirazlarda ölümlə nəticələnən hadisələrin xarici güclər tərəfindən təhrik edildiyini müdafiə edib.
“İran nöqteyi-nəzərindən region ölkələrində hər hansı bir qeyri-sabitlik yoluxucudur və İranda hər hansı bir qeyri-sabitlik region ölkələri üçün də yoluxucu ola bilər” –deyə, nazir hadisələrin ABŞ, İsrail, İngiltərə və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirildiyini iddia edib.
Bölgədəki qeyri-sabitliyin mənbəyinin qeyri-regional aktorlar olduğunu bildirən Xətib vurğulayıb: “İran indiyə qədər möhkəm rasionallıqla strateji səbr nümayiş etdirdi, lakin düşmənçiliklərin davam edəcəyi təqdirdə bu strateji səbrin davamı üçün heç bir zəmanət vermir. İran qarşılıq vermək qərarına gəlsə, bu ölkələr sabitlik görməyəcək”.
Busaat.az























