Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 776 $▼2.12%
  • Ethereum1 892 $▼1.85%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Analitika

İrandan diqqət çəkən hicab addımı: Qadağa aradan qaldırılacaqmı? - İCMAL

image-iran-hijab-protest-gettyimages-1243447396
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İranda hicabını düzgün geyinmədiyi səbəbilə saxlanılaraq dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan etirazlar bütün təzyiqlərə baxmayaraq davam edərkən, Tehrandan diqqətçəkən bir addım gəlib.

Sentyabrın 13-də baş örtüyü düzgün taxmadığı üçün paytaxt Tehranda saxlanılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da həbsdə ölməsi ölkədə son illərin ən böyük etirazlarına səbəb olub. Təhlükəsizlik qüvvələri də daxil olmaqla, onlarla insanın həyatını itirdiyi şiddətli etirazlar ölkənin bir çox bölgələrində aramsız şəkildə davam edərkən, İran İslam Respublikasından əhəmiyyətli bir açıqlama eşidilib.

İranın Baş Prokuroru Məhəmməd Cəfəri Müntəzəri etiraz hədəfi olan əxlaq polisi İrşadın bağlandığını və illərdir bütün qadınlara tətbiq edilən hicab tələbinin araşdırıldığını açıqlayıb.: “Həm parlament, həm də məhkəmə sistemi müvafiq qanunların dəyişdirilib-dəyişdirilməməsi məsələsi üzərində işləyir”.

Müntəzəri qeyd edib ki, bir-iki həftə ərzində nəticələr qiymətləndiriləcək.

İran prezidenti İbrahim Rəisi də dünən televiziyada yayımlanan açıqlamada, “Konstitusiyanın tətbiqi ilə bağlı bəzi üsullar uzana bilər” deyərək hicab qadağasının qaldırıla və ya yumşaldıla biləcəyinə işarə edib.

Digər tərəfdən, ultra-mühafizəkarların nəzarətində olan iki qurumda belə bir addımın atılmasının çətin olması fikri hakimdir.

İranda həftələrdir davam edən nümayişlərdə ilk dəfə olaraq qadınların aparıcı mövqedə olması diqqət çəkir. Bir çox qadınlar hicablarını çıxarıb yandırmaqla hökumətin hicab taxmaq məcburiyyətinə etiraz edirlər.

İranda hicab taxmaq 1979-cu il İslam İnqilabından dörd il sonra, 1983-cü ildə bütün qadınlar üçün məcburi elan edilib. Məcburi baş örtüyü ölkədə uzun müddətdir hakimiyyəti bölüşən mühafizəkar və islahatçı təbəqələr arasında mübahisələrə səbəb olub.

İslahatçı partiyalar sentyabrda etirazlar başlayanda hicab qadağasının yumşaldılmasına çağırıb, mühafizəkar respublika prezidenti isə, xalqı hicabın müdafiəsi üçün səfərbər olmağa çağırıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92816