İrandan Yaxın Şərqi qarışdıracaq TƏHDİD: İntiqam alacağıq

İrandan Yaxın Şərqi qarışdıracaq TƏHDİD: İntiqam alacağıqbackend

“Bəhreyn rejimi İslam dünyasının əsla qəbul etməyəcəyi bir qərar verdi. Bu qərara ən uyğun cavabı da alacaqlar. Cəllad Bəhreyn iqtidarı Qüds mücahidlərinin intiqamını gözləməlidir”.

Busaat.az xəbər verir ki, bu sözləri Bəhreynin İsrail ilə münasibətlərini normallaşdırma qərarına münasibət bildirən İran İnqilab Keşikçiləri bəyan edib və bu qərarı qınadıqlarını ifadə ediblər.

ABŞ Prezidenti Donald Tramp dünən sosial media hesabında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ardınca, Bəhreynin də İsraillə münasibətləri normallaşdırmaq üçün razılığa gəldiyini elan edib. Açıqlamadan sonra bir çox ərəb ölkələri və təşkilatlar bu qərarı qınayıb.

İran İnqilab Keşikçiləri alınan qərarın qanuni olmadığını və Bəhreyn rejiminin axmaq bir seçim etdiyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90