“İran yalnız Azərbaycanla deyil İsraillə də gərgin münasibətlərə sahibdir. İran hazırda öz başının hayındadır. Bu səbəbdən Azərbaycana qarşı hər hansı bir təxribat törətmirlər”.
Bunu hazırda İranın regiondakı sakitliyindən danışan politoloq Elşad Həsənov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, İranın son zamanlar ölkəmizə qarşı açıq-aydın təxribatları dayanıb:
“İranın Qum şəhərində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrinin üzvləri həbs olunub. Lakin sonradan həmin şəxslər azadlığa buraxılıb. Yəni İran Azərbaycanla münasiblətlərin pisləşməsinə çaba göstərir.
Hazırda İranın daxilində yaranan gərginlik hələ də davam edir. Çünki fars-molla rejimi öz siyasəti ilə əhalini həddindən artıq narazı salıb. Eyni zamanda İranın xarici siyasətində də böyük çatışmazlıqlar var. İran prezidenti Rəisinin səfərindən əvvəl Suriyadan İsrailin şəhərləri 30 raketdən atəşə tutulub. İsrail isə cavab olaraq İran qoşunlarının istifadə etdiyi aerportu bombalayıb. İsrail bunu Rəisinin gəlişinə hədiyyə adlandırıb”.
“Gördüyümüz kimi, İran yalnız Azərbaycanla deyil İsraillə də gərgin münasibətlərə sahibdir. İran hazırda öz başının hayındadır. Bu səbəbdən Azərbaycana qarşı hər hansı bir təxribat törətmirlər. Əksinə, vəziyyəti düzəltməyə çalışırlar. Azərbaycanın regionda aparıcı ölkə olması reallığını nəzərə alan İran hakimiyyəti Azərbaycanla münasibətini normallaşdırmaq istəyir”, – politoloq qeyd edib.
Ələsgər