
İraq Baş naziri: Türkiyə İraqın inkişafında rol oynaya bilər
İraqın Baş naziri Məhəmməd Şia es-Sudani Türkiyənin iqtisadi cəhətdən inkişaf etmiş bir ölkə olduğunu və İraqın inkişafında rol oynaya biləcəyini bildirib.
Busaat.az xəbər verir ki, bu barədə Sudani Bağdadda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
“İki ölkə arasında yüksək ortaq ticarət həcmimiz və digər sahələrdə də böyük əməkdaşlığımız var. Türkiyə iqtisadi cəhətdən inkişaf etmiş bir ölkədir və İraqın inkişafında rol oynaya bilər” – deyə, Sudani İraq və Türkiyə arasındakı əlaqələrin gələcəyi ilə bağlı suala cavab verib.
“Yağışların azalması, Türkiyə və İrandan gələn suyun az olması bizim üçün su problemi yaradır. Biz bu məsələnin əməkdaşlıq və diplomatiyadan istifadə edərək həll olunmasının tərəfdarıyıq. Bu ölkələrdən gələn suda İraqın payı da tələbdir. Su ilə bağlı ikitərəfli danışıqlar ola bilər, çünki kənd təsərürüfatı üçün bizim suya ehtiyacımız var” – deyə, Baş nazir iki ölkə arasında su və təhlükəsizlik kimi ortaq məsələlərin də olduğuna diqqət çəkib.
İran və Səudiyyə Ərəbistanı arasındakı gərginliyin azaldılmasında ölkəsinin vasitəçiliyinə toxunan Sudani regionun sabitliyi üçün vasitəçilik rolunu davam etdirəcəklərini qeyd edib.
Sudani əlavə edib ki, İraq xüsusilə iqtisadiyyat və investisiya sahəsində region və dünya ölkələri üçün cazibə məkanı olacaq.
Busaat.az























