“İrəvan üçün gələcək Ermənistan-İran-Hindistan strateji tərəfdaşlıq platformasıdır”.
Bunu erməni politoloq Ara Poqosyan deyib.
“Gələcək regional alyans kimi o, Ermənistana uzunmüddətli inkişaf və strateji planlaşdırma verə bilər. Ermənistan-İran-Hindistan üçbucağı İrəvan üçün isti sualara, Tehran və Dehli üçün isə Avropaya çıxışdır. Digər tərəfdən, Cənubi Qafqazda balans və təhlükəsizlik konfiqurasiyası formalaşmış olacaq. Ermənistan üçün ən etibarlı təhlükəsizlik mexanizmi regionda güclənməkdir. Xarici aktorlar bu işdə kömək edə bilməzlər, çünki maraqları regional oyunçularla üst-üstə düşmür. Ona görə də israr edirəm ki, yeni təhlükəsizlik konfiqurasiyası regional platforma hesabına qurulmalıdır. Burada isə ən effektivi Gürcüstanla birgə Ermənistan-İran-Hindistan üçbucağıdır”, – A.Poqosyan bildirib.
Qeyd edək ki, Ermənistan-İran-Hindistan üçbucağı fikri 2020-ci ildən sonra aktuallaşmağa başlasa da, hələ də icra edilməyib. Bu plana əsasən, Hindistandan gələn yüklər Azərbaycandan yan keçməklə Ermənistan vasitəsilə Gürcüstana və oradan da Avropaya çatmalıdır. Layihənin əsas müəllifi İran hesab edilir və burada Gürcüstan, Ermənistan, Hindistan, Yunanıstan, Bolqarıstan kimi dövlətlər cəmləşib. Layihəyə Yunanıstandan başqa bütün qeyd edilən dövlətlərin hamısı razılıq verib. Bununla belə, layihənin icrası üçün böyük problemlər mövcuddur. Xüsusilə Ermənistanın infrastrukturunun yetərli olmaması onun icrasını uzadır. Digər tərəfdən, problemin həlli böyük investisiya tələb edir ki, buna da hələlik heç bir ölkə hazır görünmür. Ekspertlər isə bu layihənin icrasının 30-cu illərin sonlarına doğru reallaşma ehtimalının olduğunu deyirlər, amma bunun üçün ilk növbədə İranla bağlı məsələ həll edilməlidir. Globalinfo.az