İrəvandakı aksiyada 155 etirazçı saxlanıldı – VİDEO – YENİLƏNİB

image-aksiyabackend

Ermənistan müxalifətinin nümayəndələri paytaxt İrəvanda küçələri bağlayıb.

Busaat.az “TASS”a istinadən xəbər verir ki, polis artıq onlarla etirazçını saxlayıb.

Hazırda aksiya iştirakçıları İrəvanın bir neçə mərkəzi küçəsini bağlamağa davam edir. Bu səbəbdən paytaxtda tıxaclar yaranıb.

Polis isə, öz növbəsində aksiya iştirakçılarını saxlamağa davam edir.

Xatırladaq ki, Ermənistanda aprelin 25-dən etibarən Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər.

***

Polis əməkdaşları, həmçinin ölkənin “Respublika” partiyasının sədrinin müavini Armen Aşotyanı və “Çiçəklənən Ermənistan” partiyasından keçmiş millət vəkili Naira Zohrabyanı saxlayıb.

***

Səhər 10:00-a olan məlumata görə, aksiya zamanı 155 etirazçı saxlanılıb.

***

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da aksiya zamanı saxlanılıb.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90