Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.77 $▲1.12%
  • WTI neft85.18 $▲0.20%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.184 $▲3.14%
  • Qızıl3 802 $▼1.95%
  • Gümüş45.92 $▼3.31%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.00 ¢▲1.08%
  • Bitcoin64 421 $▼0.70%
  • Ethereum1 808 $▼0.83%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

İrəvandan İstanbula uçuşlar həyata keçirəcək şirkətin adı açıqlandı

image-teyyare
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Flyone Armenia” bir neçə illik fasilədən sonra Türkiyəyə uçuşlar həyata keçirməyə başlayan ilk erməni aviaşirkəti olacaq.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Mülki Aviasiya Komitəsi yayıb.

Bildirilir ki, Ermənistan şirkətləri 2015-ci ildən etibarən Türkiyə şəhərlərinə uçuşlar həyata keçirməyib.

“Flyone Armenia” şirkəti bir müddət əvvəl də İstanbula uçuşlar həyata keçirmək niyyətində olduğunu bəyan etmişdi.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən malayziyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, yaxın günlərdə İstanbul və İrəvan şəhərləri arasında uçuşlar başlayacaq.

Xatırladaq ki, Ermənistan və Türkiyə arasında hazırda diplomatik münasibətlər olmasa da, tərəflər iki ölkə arasında əlaqələrin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin ediblər. Sözügedən şəxslər Türkiyə tərəfindən ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistan tərəfindən isə parlamentin vitse-spikeri Ruben Rubinyandır.

Xüsusi nümayəndələrin tezliklə görüş keçirəcəyi planlaşdırılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=66349