İRNA-dan anti-Azərbaycan təbliğatı: “Azərbaycan DTX Paşinyanın Tehrana səfərinə əsəbi reaksiya verib”

image-defaultbackend

“Ermənistanın Baş nazirinin Tehrana səfəri ilə eyni vaxtda Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti qeyri-məhsuldar bir addım ataraq, yalan və köhnəlmiş məlumatlar dərc edib və İrana bağlı olduğu iddia edilən silahlı qruplaşma üzvlərinin həbs edildiyini açıqlayıb”.

Busaat.az xəbər verir ki, bu iddia İranın rəsmi dövlət xəbər agentliyi İRNA çıxış edib.

Nəşr yazır ki, İran Cənubi Qafqazla bağlı dəqiq mövqeyə malikdir və vurğulayır ki, sərhəd dəyişiklikləri İran üçün qırmızı xəttdir. Eyni zamanda, gərginlik yalnız region ölkələrinin iştirakı ilə həll olunmalıdır: “Bununla bağlı İran Bakı ilə İrəvan arasındakı fikir ayrılıqlarını həll etmək üçün “3+3” formatını təklif edib, lakin “sionist rejimin (İsrail nəzərdə tutulur – red.) İrana düşmənçiliyi və onun Bakı hökumətinə təsiri Azərbaycan rəsmilərini Tehrandan gələn mesajları qəbul etməməyə və hətta bəzi hallarda regionun maraqlarına zidd hərəkətlərə gətirib çıxarıb”.

Eyni zamanda nəşr bildirib ki, İran vəziyyəti gərginləşdirməmək üçün Ermənistan və Azərbaycan liderlərini Tehrana dəvət edib. Prezident İlham Əliyev də Tehrana səfərə dəvət olunub, lakin Bakı hələlik bu dəvətə cavab verməyib.

“Buradan belə bir təəssürat yaranır ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatı Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehrana səfərinə əsəbi reaksiyadır” – deyə, məlumatda qeyd olunub.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki