Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.78 $▼1.11%
  • WTI neft87.90 $▼0.75%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.160 $▼2.17%
  • Qızıl3 871 $▼0.39%
  • Gümüş47.44 $▼3.42%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.50 ¢▼0.97%
  • Bitcoin65 025 $▼0.24%
  • Ethereum1 820 $▼0.40%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Gündəm

İşdən çıxarılan baş həkimdən AÇIQLAMA: “Uşaq haqqında nə demişəmsə...”

image-1680678742_151680678125
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov Səhiyyə naziri Teymur Musayevin əmri ilə işdən azad olunub.

A.Rəsulovun Əmək Məcəlləsinə əsasən, yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunduğu deyilir.

Amma burada digər maraqlı məqam da var. Bildiyimiz kimi, Xətai rayonundakı 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyev 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Lakin baş həkim Ağahəsən Rəsulov uşaqda psixi pozğunluğun olmadığını bildirib. Bundan bir gün sonra isə o, nazirin əmri ilə vəzifəsindən azad edilib.

Məsələni dəqiqləşdirmək üçün sabiq baş həkim Ağahəsən Rəsulovla əlaqə saxlanılıb.

Busaat.az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında o, vəzifədən azad olunduğunu təsdiqləyib:

“Səbəbini yaxşı olar ki, Səhiyyə Nazirliyindən soruşun. Bu barədə mən danışmaq istəmirəm”.

Vəzifədən azad olmasının Məhəmməd Hacıyevlə bağlı səsləndirdiyi fikirlə əlaqəli olması ilə bağlı suala isə Ağahəsən Rəsulov belə cavab verib:

“Mən uşaq haqqında nə demişəmsə, düz demişəm. Burda nə var ki, Məhəmməd Hacıyev haqqında dediklərimi yenə də təkrarlaya bilərəm ”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105882