“İşğaldan azad edilən rayonlarımızın adları qlobal xəritədə erməni dilində də görünür” – Osman Gündüz

image-isgalcebhebackend

“Qlobal resurslarda milli coğrafi adlarımızın təhrif olunmasının qarşısının alınması istiqamətində Xarici İşlər Nazirliyi əlaqəli qurumlarla birgə addımlar atmalı idi”.

Busaat.az xəbər verir ki, bunu işğaldan azad edilmiş rayonların adlarının qlobal xəritələrdə istifadəsi ilə bağl vəziyyəti dəyərləndirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Osman Gündüzə görə, qlobal xəritələrdə işğaldan azad edilən rayonların adları, ərazidəki digər coğrafi adlar hələ də iki dildə, Azərbaycan və erməni dillərində verilir:

“Ötən müddət ərzində qlobal xəritə xidmətləri göstərən şirkətlərin ( Google, Apple, Yandex, OpenStreetMap və s. ) söykənəcəyi və istifadə edəcəyi milli datalarla bağlı ölkə qanunvericiliyində müəyyən dəyişikliklər edilib, dövlət qurumları arasında səlahiyyət bölgüsü dəqiqləşib, kordinasiya məsələsi həll edilib. Problemin həlli istiqamətində bir sıra addımlar atılıb.

Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı” da təsdiq edilib. Ekologia və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya” dövlət şirkəti rəqəmsal xəritələri və datanı hazırlayıb. Coğrafi adların elektron bazası, coğrafi adların transliterasiyası və düzgün yazılışı AMEA -nın Dilçilik və Coğrafiya üzrə qurumları tərəfindən hazırlanıb, NK-nın Qaydaları təsdiqlənib. ETSN və NRYTN MHM coğrafi adlarla bağlı rəqəmsal datanı, 11 adda açıq coğrafi məlumatları NRYTN -nin Açıq Məlumat Portalına- OPENDATA.az -a yerləşdirib, maraqlı tərəflər və qlobal xəritə şirkətləri üçün APİ servislər hazırlanıb”.

O. Gündüz vurğulayıb ki, XİN qanunvericiliyə uyğun olaraq hazırlanmış milli xəritə datalarının əldə edilməsi üçün qlobal şirkətlərlə kommunikasiyaları gücləndirməlidir:

“Bu məqsədlə internet ictimaiyyətinin, diasporanın potensialından effektiv istifadə edilməlidir. Düşünürəm ki, internet ictimaiyyətinin, internet istifadəçilərinin də təhrif olunan coğrafi adların iki dildə yazılmasının qarşının alınması ilə bağlı dövlət tərəfindən müəyyən olunun dəqiq coğrafi adlarımıza istinad etməklə, qlobal xəritə şirkətlərinə müraciətlər etməsi faydalı olardı.
İşğaldan azad edilən rayonlarımızın adlarının da azad edilməsi, adların düzgün yazılışı, Azərbaycan dilinin qlobal dünyada düzgün istifadəsi üçün dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin səylərinin gücləndirilməsinə ciddi ehtiyac var”.

Gülay

image-img-20210611-wa0001

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90