İslahatçı Pezeşkian: İranda reformalar başlayır?

image-420backend

Xəbər verdiyimiz kimi, İranın yeni Prezidenti Məsud Pezeşkianın vəzifəsinin icrasına başlaması ilə bağlı Əli Xameneinin iqamətgahının “Hüseyniyyə”sində (Məscid) mərasim keçirilib.

Busaat.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Hökumət rəsmilərinin iştirak etdiyi mərasimdə Əli Xamenei Məsud Pezeşkianın prezident mandatını ona təqdim edib.

Xameneidən sonra çıxış edən Məsud Pezeşkian rəsmi olaraq vəzifəsinin icrasına başladığını söyləyib, qarşısına qoyulan vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni edəcəyinə söz verib.

Ölkənin yeni başçısı fəaliyyətə başladığı gün ilk fərman imzalayıb. Belə ki, Pezeşkianın ilk fərmanı islahatçı kimi tanınan Rza Arifi vitse prezident təyin etməklə bağlı olub.

Bu, İrandaislahatlarabaşlanılacağı anonsusayılabilərmi?

Amid Əliyev: Yeni prezident siyasi islahatlara getmək üçün daxili mübarizədə də qalib çıxmalıdır

Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən politoloq Amid Əliyev bildirib ki, bu təyinat özlüyünndə çox maraqla müşahidə olunur:

“Dünən İranın Ali Dini Lideri tərəfindən İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın təsdiqlənməsi mərasimi oldu və Xamenei öz xeyir-duasını verdi. Lakin bundan sonra İran Prezidenti tərəfindən maraqlı təyinat baş tutdu – belə ki, Pezeşkian özünə vitse-prezident kimi Məhəmməd Reza Arifi təyin etdi. Reza Arifi bir vaxtlar İran prezidenti olmuş Məhəmməd Xatəminin dövründə də bu vəzifəni daşıyıb”.

Politoloq Pezeşkianın öz kabinetini gücləndirmək niyyətində olduğunu ehtimal edir:

“Görünən odur ki, xalqın etimadını qazanaraq prezident olan Pezeşkian İranın ictimai-siyasi həyatında müəyyən islahatlara getmək üçün öz kabinetini gücləndimək niyyətindədir. Çünki Xatəmi xəttinin bu kabinetdə üstün olacağ açıq-aşkar görünür. Seçkilər zamanı Pezeşkianın məhz Səid Cəliliyə qalib gəlməsi Xatəminin xidməti kimi qiymətləndirilir”.

Məsud Pezeşkianın bundan sonrakı siyasi xətti ilə bağlı öz fikirlərini bölüşən siyasi şərhçi deyib ki, yeni prezident siyasi islahatlara getmək üçün öz komandasını tərtib etməklə yanaşı daxili mübarizədə də qalib çıxmalıdır.

“Xarici siyasət sahəısində də artıq Pezeşkian öz starateji addımını ataraq Cavad Zərifi özünə müşavir təyin edib. Zərifi İranın siyasi tarixində Kissencer kimi qiymətləndirilib. ABŞ, körfəz dövlətləri və nüvə proqramı üzrə danışıqların əsas fiquru məhz Cavad Zərifi olub. Beləliklə, Pezeşkain yeni siyasi islahatlara getmək üçün öz komandasını tərtib etməklə yanaşı daxili mübarizədə də qalib çıxmalıdır ki, istənilən islahatlar icra oluna bilsin.Buna nə dərəcədə nail olunacağını isə zamanla görəcəyik”,- deyə Amid Əliyev fikrini yekunlaşdırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki