“İslam Peyğəmbərini təhqir etmək şiddəti təşviq edir”– Ruhani

“İslam Peyğəmbərini təhqir etmək şiddəti təşviq edir”- Ruhanibackend

“Həzrəti Məhəmmədi təhqir etmək bütün peyğəmbərlərə, insan dəyərlərinə və əxlaqa zidd hesab olunur”.

Busaat.az  “İRNA”ya istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

“Avropa və Fransa insan cəmiyyətində sülh, firavanlıq və qardaşlıq qurmaq üçün səmimi bir şəkildə çalışırsa, o zaman müsəlmanların daxili işlərinə müdaxiləni dayandırmalıdırlar”,- deyə Ruhani qeyd edib.

Ruhaninin sözlərinə görə, peyğəmbərə hörmətsizlik bir sənət deyil, şiddətin təşviqidir. O qeyd edib ki, sənət və demokratiyadan danışan, bununla belə şiddəti dəstəkləyənlərin açıqlamaları təəccüb doğurur.

Xatırladaq ki, bundan əvvəl, “Şarli Hebdo” jurnalı tərəfindən Məhəmməd peyğəmbərin karikaturalarının nəşrindən sonra Fransa Prezidenti Emmanuel Makron Fransanın dini mövzularda karikaturalardan imtina etməyəcəyini bildirmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90