İsmayıllıda qətl törədilib
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Busaat.az-a verilən xəbərə görə, rayonun Təzəkənd kəndində 35 yaşlı Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.
Qeyd edək ki, cütlüyün 3 azyaşlı övladı var.