İsrail hərbiçilərinin Azərbaycanda olması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir – Oqtay Qasımov

image-azerbaijan-israel-flag-531044-750x375backend

Xəbər verdiyimiz kimi, İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib.

Busaat.az bildirir ki, bu iddia ilə “Kan” dövlət teleradio şirkəti çıxış edib.

Məlumata görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal İsrailə qayıtmağa borcludurlar.

Bundan sonra Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanat yayaraq qeyd edib ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyalarını ciddi şəkildə qınanılır.

Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, İsrail tərəfindən Gürcüstan və Azərbaycanda olan hərbiçilərin geri dönmələri ilə bağlı çağırış təəccüb doğurur.

İsrail tərəfindən belə bir dezinformasiyanın yayılması nəyə hesablanıb?

image-1494843411_1

O.Qasımov qeyd edib ki, Azərbaycanda İsrailin hansısa hərbi birliyi yaxud hərbiçilər kontingenti yoxdur və fəaliyyət göstərmir.

Politoloq Azərbaycanla İsrail arasında bütün sahələrdə normal əməkdaşlıq mühiti olsa da İsrail hərbiçilərinin Azərbaycanda yaxud Gürcüstanda olması ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini nəzərə çatdırıb:

“Birmənalı şəkildə bununla bağlı Azərbaycan tərəfi mövqeyini açıqlandı və qeyd olundu ki, yayılan bu məlumatlar həqiqəti əks etdirmir”.

Belə bir məlumatın yayılmasının çox müxtəlif səbəbləri ola biləcəyini deyən müsahibimiz söyləyib ki, İsraildə hərbi mükəlləfiyyətli olan vətəndaşlardan kimlərinsə yay aylarında Azərbaycana, Gürcüstana və ya digər ölkələrə tətil məqsədilə səfərlər edirlər və bu çağırış onlara ünvanlana bilər:

“Yəqin ki, məhz bu nəzərdə tutulur. Çünki İsraildə bilirsiniz ki, hərbi mükəlləfiyyət məsələsi digər ölkələrdən daha geniş profillidir. Əhatəli bir səfərbərlik və hərbi xidməti keçmə faktoru var ki, məhz bu nəzərdə tutulub deyilir.

Təbii ki, bu və digər həqiqəti əks etdirməyən bəyanatların səsləndirilməsi həm bölgədə gərginliyi artırır, eyni zamanda azərbaycanı da haqsız olaraq müəyyən hədəflərə tuş gətirə bilir”.

Günel Namazova

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki