İsrail Prezidenti Bakıya gəldi – Foto – Yenilənib

image-israil1backend

İsrail Prezidenti İshaq Hersoq Azərbaycana işgüzar səfərə yola düşüb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı İshaq Hersoq öz tviter hesabında paylaşıb.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə dəvətə görə təşəkkür edib.

***

İsrail Prezidenti İshaq Hersoq Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsrail Prezidenti İshaq Hersoqu və xanımı Mixal Hersoqu Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki