Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 267 $▼1.40%
  • Ethereum1 908 $▼0.99%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İsrail qüvvələri 2 fələstinlini yaralayıb, 15-ni həbs edib

image-israil-herbi-quvveleri
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı 2 fələstinlini yaralayıb, 15 nəfəri isə nəzarətə götürüb.

Busaat.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələri Belde Beyt Qaçqınlar Düşərgəsinə basqın edib.

Bölgə sakinləri ilə İsrail qüvvələri arasında baş verən hadisələrdə 2 fələstinli güllələrdən yaralanıb, onlarla insan isə atılan qazdan zərər çəkib.

Oxşar hadisələr İordan çayının qərb sahilində yerləşən Beytlehem yaxınlığındakı Ayide qaçqın düşərgəsində də yaşanıb.

Şahidlərdən alınan məlumata görə, İsrail qüvvələri düşərgəyə basqın edərək fələstinlilərə qarşı güllə və gözyaşardıcı qazla müdaxilə edib.

Fələstinli Məhbuslar Klubu tərəfindən verilən yazılı açıqlamada, “İsrail ordusu İordan çayının qərb sahilinin bəzi qəsəbə və şəhərlərində 15 fələstinlini nəzarətə götürüb”. ifadələrdən istifadə edilib.

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə tez-tez evlərə basqın edərək fələstinliləri müxtəlif ittihamlarla həbs edir.

Fələstinlilərlə basqınlara reaksiya verən İsrail əsgərləri arasında ara-sıra toqquşmalar olur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121690