
İsrail qüvvələri İordan çayının qərb sahilində 2 fələstinlini öldürüb
İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 2 fələstinli şəhid olub, 3 nəfər yaralanıb.
Busaat.az xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat yayıb.
Şahidlərin sözlərinə görə, İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkərəm şəhəri yaxınlığında İsrail əsgərləri 2 fələstinliyə atəş açıb.
İsrail əsgərlərinin fələstinlilərə ilk yardım üçün müdaxiləyə icazə vermədiyi də paylaşılıb.
Fələstin Səhiyyə Nazirliyindən bildirilib ki, İsrail əsgərlərinin hücumuna məruz qalan 23 yaşlı Abdurrahman Faris Muhammed Ata və 27 yaşlı Huzeyfe Admam Muhammed Faris həyatını itirib.
İsrail ordusu daha əvvəl hərbi maşına atəş açdığı iddia edilən iki silahlının Tülkərəmin Şufe kəndi yaxınlığında vurulduğunu açıqlayıb.
Digər tərəfdən, hadisə şahidləri İsrail ordusunun Tülkərəmdəki qaçqın düşərgəsinə basqın etdiyini, təxminən bir saat davam edən hadisələrdən sonra atəş səslərinin eşidildiyini və İsrail əsgərlərinin düşərgədən çəkildiyini bildirib.























