İsrail qüvvələri İordan çayının qərb sahilində fələstinlilərə aid 3 evi dağıdıb

image-israil-esgeribackend

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Şimali Ağvar bölgəsində lisenziyasız olduğunu iddia edərək fələstinlilərə aid 3 evi yıxıb.

Busaat.az xəbər verir ki, bu barədə Şimali Ağvarın Furuş Beyt Decn Kənd Şurasının sədri Əzim Hac Məhəmməd jurnalistlərə açıqlamasında deyib.

İsrail qüvvələrinin daha əvvəl kənddəki onlarla ev və obyektin söküləcəyi ilə bağlı bildiriş göndərdiyini bildirən Məhəmməd sökülmə səbəbinin C bölgəsindəki evlərin İsrail səlahiyyətlilərindən lisenziya alınmadan inşa edilməsi olduğunu qeyd edib.

Bundan əlavə, şahidlərdən alınan məlumata görə, İsrail qüvvələri Furuş Beyt Decn yaxınlığındakı El-Çiftlik kəndində daha bir evi lisenziyasız olduğunu iddia edərək dağıdıb.

1995-ci ildə Fələstin ilə İsrail rəhbərliyi arasında imzalanan “İkinci Oslo Razılaşması” çərçivəsində işğal altındakı İordan çayının qərb sahili A, B və C bölgələrinə bölünüb.

İordan çayının qərb sahilinin 18 faizini əhatə edən “A ərazisi”nin inzibati və təhlükəsizlik idarəsi Fələstinə, İordan çayının qərb sahilinin 21 faizini əhatə edən “B bölgəsi”nin inzibati və təhlükəsizlik idarəsi isə İsrailə təhvil verilib. Həmçinin, “C sahəsi”nin idarəsi və təhlükəsizliyi də İsrailə qaldı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki