İsrailin “Aliya” siyasəti effekt verir: 2022-ci ildə 95 ölkədən 70.000 yəhudi İsrailə köçdü – İCMAL

image-il-erzinde-pandemiyaya-baxmayaraq-israile-20-minden-cox-repatriatlar-gelib-660085backend

İsrailə köçmək üçün mühacirət edən yəhudilərin sayı 2022-ci ildə son 23 ilin ən yüksək göstəricisinə çatıb. Ən çox yəhudi köçü Rusiya və Ukraynadan baş verib.

Busaat.az xəbər verir ki, ilin əvvəlindən dekabrın 1-dək 95 ölkədən 70 min yəhudi İsrailə köç edib ki, bu da son 23 ilin ən yüksək göstəricisidir.

Yəhudi diasporunun maraqları üçün fəaliyyət göstərən Yəhudi Agentliyindən verilən açıqlamada 2022-ci ildə İsrailə köç edən yəhudilərin sayının bir əvvəlki ilə nisbətdə 2,5 dəfə artdığı qeyd edilib.

Açıqlamada İsrailə yəhudi köçünün 95 fərqli ölkədən baş verdiyi, ən çox köçün isə 37 min 363 nəfərlə Rusiyadan olduğu bildirilib.

Açıqlamada, Ukraynanın 14 min 680 nəfərlə İsrailə ən çox yəhudi mühacir edən ikinci ölkə olduğu, digər ölkələrin isə ABŞ, Fransa, Belarus, Efiopiya, Argentina, İngiltərə, Cənubi Afrika və Braziliya olduğu bildirilib.

Həmçinin, qeyd olunub ki, İsrailə köçən yəhudilərin yüzdə 27-si 18-35, yüzdə 24-ü 0-17, yüzdə 22-si 36-50, yüzdə 14-ü 51-64 yaş aralığında olduğu halda, köçənlərin sadəcə yüzdə 13-ünün yaşı 65-dən çoxdur.

İsrailin “Aliya” siyasəti nədir?

İsrailin “Qayıdış” adlanan qanununa görə, bu ölkəyə köçmək üçün müraciət edən yəhudilər “diaspora yəhudilərinin İsrailə immiqrasiyası” mənasını verən “Aliya” prosesi ilə İsrail vətəndaşlığını ala bilərlər.

Ukrayna-Rusiya müharibəsi başlayandan bəri İsrail hakimiyyəti də tez-tez ukraynalı yəhudiləri İsrailə mühacirət etməyə dəvət edir.

İsrail hökumətinin Aliya və İnteqrasiya Nazirliyi və Yəhudi Agentliyi Ukrayna yəhudilərinin müharibə səbəbindən ölkəni daha tez tərk etmələri üçün “Aliya” təcrübələrini sürətləndirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki