İsrailin Baş naziri son on ildə ilk dəfə Misirə səfər edib

image-naftalibackend

İsrailin Baş naziri Naftali Bennet 10 ildən sonra Misirə rəsmi səfər edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı “The Jerusalem Post” yayıb.

Məlumata əsasən, Naftali Bennet Misirə səfəri çərçivəsində Şarm-eş-Şeyxdə ölkə Prezidenti Abdel Fattah as-Sisi ilə danışıqlar aparıb.

Bildirilir ki, danışıqlar zamanı bir sıra məsələlər ilə yanaşı, iki ölkə arasında əlaqələrin gələcək inkişafı da müzakirə olunub.

Qeyd edək ki, Bennet 2001-ci ildən sonra Misirə səfər edən İsrailin ilk Baş naziri olub. Ən son ölkənin sabiq Baş naziri Binyamin Netanyahu 2001-ci ildə Misirin o dövrdəki Prezidenti Hüsnü Mübarəklə görüşmüşdü.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90