Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 153 $▼1.57%
  • Ethereum1 897 $▼1.57%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İsrailin Rusiya qorxusu: “Dəstək yalnız humanitar formada həyata keçirilir”

image-1643525756_ishak-hersoq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsrail ciddi humanitar yardım göstərməklə həmişə Ukraynanın yanında olub, lakin digər sahələrdə ölkənin dəstəyi dövlətin milli təhlükəsizliyi səbəbi ilə məhduddur.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı İsrail prezidenti İsak Hersoq yayıb.

“Bu, ictimaiyyətdə tez-tez müzakirə olunan bir məsələdir, ona görə də gəlin qeyd edək ki, İsrail bütün beynəlxalq forumlarda beynəlxalq ictimaiyyət və ABŞ ilə eyni mövqedədir. İkincisi, əlbəttə ki, biz açıq şəkildə bildirdik ki, biz Ukraynanın ərazi bütövlüyünün pozulmasına etiraz edirik. Lakin ən böyük məsələ, əlbəttə ki, İsrail bir sıra məsələlərdə, əsasən də humanitar məsələlərdə kifayət qədər əsaslı yardım edir” – deyə, İsrail prezidenti Vaşinqtona səfəri zamanı deyib.

“Biz xəstəxanalar yaratmışıq, post-travmatik müalicə üçün böyük səy göstəririk, tibbi avadanlıqlarla təchiz etmişik, ukraynalı əsgərlər İsrail xəstəxanalarında müalicə olunur, çoxlu avadanlıq təklif etmişik. Bu, mülki ehtiyaclarla bağlıdır. Biz həmçinin Ukraynaya raket hücumlarının erkən aşkarlanması üçün mülki sistemlər təklif etmişik. Ancaq elə şeylər var ki, bizim milli təhlükəsizlik maraqlarımızdan ötrü təmin edə bilmirik və bu, yeri gəlmişkən, bir çox başqa ölkələrdə də belədir” – dey, diplomat qeyd edib.

Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba oktyabrın 18-də bildirib ki, ölkəsi İsrail hökumətinə rəsmi mesaj göndərərək Kiyevi dərhal hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi xahiş edəcək.

Qeyd edək ki, indiyədək İsrail Ukraynaya heç bir hərbi yardım göstərməyib və ölkəyə humanitar yardım göndərmək və döyüş əməliyyatları nəticəsində yaralanan ukraynalılara tibbi yardım göstərməklə kifayətlənib.. Kulebanın açıqlamasından sonra ukraynalı həmkarı ilə telefon danışığında İsrailin müdafiə naziri Benni Qantz ölkəsinin Kiyevə silah tədarük etməyə hazır olmadığını təsdiqləyib. O, İsrailin hələ də Kiyevə yalnız qeyri-hərbi yardım göstərməklə məhdudlaşmaq niyyətində olduğuna diqqət çəkib və İsrail dövlətinin üzləşdiyi məhdudiyyətlər barəsində Ukrayna tərəfinə məlumat verib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88671