Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 363 $▼5.66%
  • Ethereum1 769 $▼8.23%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

İstanbul-Bakı reysində 400 minlik əməliyyat: Qaçaqmalçılar belə yaxalandı (FOTO/VİDEO)

image-12ec72b30109827885916173ae4ac9afgomre-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə Gömrük Mühafizə Baş İdarəsi ilə Azərbaycan Gömrük Komitəsi arasında kəşfiyyat məlumatı mübadiləsi nəticəsində İstanbul Hava Limanında əməliyyat keçirilib. 

Qaynarinfo-nun “EnsonHaber”ə istinadən məlumatına görə, keçirilən əməliyyat zamanı İstanbul-Bakı reysi ilə uçan təyyarədə dəyəri 4 milyon 360 min lirə (400 min manata yaxın) olan qaçaq mobil telefon və oyun konsolları ələ keçirilib.

Türkiyə Ticarət Nazirliyindən verilən açıqlamada bildirilib ki, şübhəlilər gömrük yoxlanışından yayınmaq üçün çox sayda mobil telefonu İstanbul-Bakı reysi ilə uçan sərnişinlərə paylayıb.

Keçirilən əməliyyat zamanı hadisəni törədənlər müəyyənləşdirilib, gömrük nəzarəti məntəqəsində şübhəli şəxslər və sərnişinlərin çantalarında axtarış aparılıb. Axtarışlar nəticəsində məşhur brendlərin son modellərinə aid olduğu müəyyən edilən 77 mobil telefon, 18 oyun konsolu və 6 ədəd “3D” eynəyi götürülüb.

Sözügedən elektron avadanlıqların bazar dəyərinin 4 milyon 360 min lirə olduğu müəyyən edilib. Hadisə ilə bağlı İstanbul prokurorluğunda araşdırmalar davam etdirilir.
Digər tərəfdən gömrük qruplarının kamerasına da əks olunan əməliyyat görüntülərində şübhəlilərin terminaldan çıxdıqları və çamadanlarında aparılan axtarışlara dair sübutlar var.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97146