Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.92 $▼3.84%
  • WTI neft81.79 $▼3.48%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.384 $▲7.02%
  • Qızıl3 713 $▼1.95%
  • Gümüş44.76 $▼2.30%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda583.25 ¢▼3.63%
  • Bitcoin62 982 $▲0.00%
  • Ethereum1 780 $▲0.31%
  • S&P 5007 324▼0.23%
12°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

İstanbul üçün DƏHŞƏTLİ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - 200 min insan ölə bilər

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İnşaat mühəndisi Prof. Dr. Mehmet Fatih Altan “mümkün bir İstanbul zəlzələsinin ayaq səslərini eşidirəm, amma hazır deyilik” açıqlaması ilə Türkiyəni gözləyən yeni təhlükədən danışıb.

Busaat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərmərə zəlzələsinin 21-ci ildönümü ərəfəsində açıqlama verən Fatih Altan 7,5 bal gücündə gözlənilən zəlzələdə 200 min insanın ölə biləcəyini bildirib.

O, zəlzələ riski ilə əlaqədar görüləcək tədbirləri sadalayıb və inşaat mühəndislərinin binalarda nələrə diqqət etmələrini izah edib.

 

Altan Şimali Anadolu fay xəttinin Türkiyə üçün önəmli olduğunu vurğulayıb: “Bu xətt üzərində şərqdən qərbə bəlli vaxtlartda zəlzələlər olub. Hazırda sürüşmə qərbə doğru davam edir. Böyük İstanbul zəlzələsindən 21 il keçdi. Amma hələ də hazırlıqlı deyilik. Artık İstanbul zəlzələsinin ayaq səslərini eşidirəm. Ciddi tədbirlər görsək, İstanbulu fəlakətdən xilas edə bilərik”, o bildirib.

Onun sözlərinə görə, şəhərləri, yenidənqurma planlarını, inşa edilən mənzilləri, miqrasiyanı fəlakət risklərinə uyğun planlamalıyıq.

Kocaeli zəlzələsinə diqqət çəkən Altan bu ərazidə əhali sayının az olduğunu, İstanbul zəlzələsinin bundan 10 qat daha artıq insanın ölümünə yol aça biləcəyini vurğulayıb: “İstanbulda inşa edilən binaların 85 faizi zəlzələyə davamsızdır. Hər binanı söküb yenidən inşa edə bilmərik. Amma tikililəri gücləndirə bilərik. Bəzi binaları zəlzələdən belə xilas edə bilərik. Xalqın bununla bağlı maarifləndirilməsi çox önəmlidir. Vətəndaşlar zəlzələyə davamsız evlərini boşaltsınlar, evdəki əşyaları divarlara bağlasınlar. Binaların layihələndirilməsi və tikitisi zamanı yer seçimi, tikinti materiallarının seçimi, montaj və s. mərhələlərdə diqqətli olmaq lazımdır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=15700