
İstanbulda 6 İŞİD üzvü saxlanılıb
İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 6 şübhəli saxlanılıb.
Busaat.az xəbər verir ki, əməliyyatı Terrorla Mübarizə Şöbəsi (TEM) qrupları həyata keçirib.
Məlumata görə, Avcılar, Beylikdüzü, Esenyurt, Küçükçekmece, Başakşehir, Sultanbeyli, Fatih və Sultanqazidə eyni vaxtda təşkil edilən basqınlarda 6 şübhəli yaxalanıb.
Saxlanılan terrorçuların sağlamlıq vəziyyəti yoxlanılıb və onlar sonra polis bölməsinə aparılıb.
Busaat.az























