Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 340 $▼1.29%
  • Ethereum1 911 $▼0.84%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İsveç Türkiyənin tələblərini yerinə yetirməyə RAZILAŞDI: PKK-nın fəaliyyəti əngəllənəcək

image-azedu-az_isvech_232
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Terror təşkilatı PKK-nın İsveç vasitəsilə Türkiyəyə qarşı fəaliyyətlərinin qarşısı alınacaq.

Busaat.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson məlumat verib.

Kristersson Türkiyənin PKK ilə bağlı həssaslıqlarını ciddiyə aldığını bildirib.

PKK-nın Suriya uzantısı olan YPG/PYD-yə də işarə edən Kristersson deyib: “PKK-ya (YPG/PYD) bu qədər yaxın olan təşkilatlarla siyasi əməkdaşlıq etməməliyik”. PKK-nın terror təşkilatı olduğunu bildirən Kristersson əlavə edib: “İsveç torpağında PKK üçün pul yığıldığını bilirik. Türkiyənin bu məsələdən çox narahat olduğunu tam anlayırıq”.

Kristersson bəyan edib ki, Türkiyə terrorla mübarizədə İsveçdəki yeni hökumətə arxalana bilər.

“İsveç torpağında Türkiyəyə qarşı PKK-ya dəstək məqsədi daşıyan fəaliyyətlər artıq mümkün olmayacaq. Türkiyə bu mövzuda bizə arxalana bilər” – deyə, diplomat bildirib.

Qeyd edək ki, Ulf Kristersson prezident Ərdoğanla görüşmək üçün çərşənbə axşamı Ankaraya səfər edəcək.

Türkiyənin İsveçdəki səfirliyi İsveç hökumətinin bəyanatlarını alqışlayıb: “YPG/PYD iyerarxik və maliyyə cəhətdən PKK ilə bağlıdır. Bu faktı bütün tərəfdaşlarımız və müttəfiqlərimiz etiraf etməlidir. Biz xoşbəxtik ki, bu, İsveç rəsmiləri üçün getdikcə daha aydın olur”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89803