İsveç və Finlandiyanın NATO-ya daxil olması Avropanın təhlükəsizliyinə zərbə vuracaq – Diplomat

image-zamestitel-ministra-inostrannykh-del-rf-a-grushkobackend

Rusiya İsveç və Finlandiyanın NATO-ya üzv olacağını güman edir və bunun ümumavropa təhlükəsizliyinə zərər vuracağına inanır.

Busaat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko TASS-a müsahibəsində deyib.

“Əlbəttə, İsveç və Finlandiyanın NATO-ya üzv olacağını güman etmək lazımdır. Bu, ümumavropa təhlükəsizliyinə növbəti zərbə olacaq, həm də şimalda regional təhlükəsizliyə çox mənfi təsir göstərəcək. Bizim mövqeyimiz hamıya məlumdur. Biz potensial addımlarımızı müdafiə və təhlükəsizlik maraqlarına uyğunlaşdırmaq üçün yerlərdəki vəziyyətə uyğun addımlar atacağıq” – deyə, nazir müavini bildirib.

Onun sözlərinə görə, Macarıstan çox güman ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı sazişi ratifikasiya edəcək.

“Ehtimal var ki, Macarıstan sazişi ratifikasiya edəcək. Bu, heç kimə sirr deyil. Biz reallığa əsaslanaraq irəliləməliyik və reallıq elədir ki, alyansa yeni üzv qəbul etmək üçün bütün üzv dövlətlərin üzvlük sazişini ratifikasiya etməsi lazımdır” – deyə, Qruşko qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90