
İsveçin Baş naziri Türkiyəyə gəlir
İsveçin Baş naziri Ulf Kristersson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə noyabrın 7-8-də Türkiyəyə rəsmi səfər edəcək.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Rabitə Nazirliyi yayıb.
Nazirlikdən verilən açıqlamaya görə, noyabrın 8-i çərşənbə axşamı Ankarada keçiriləcək rəsmi görüşlərdə Türkiyə-İsveç münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək.
Görüşlər zamanı həmçinin NATO-nun Madrid Zirvə Toplantısı çərçivəsində strateji tərəfdaş İsveçlə imzalanmış Üçtərəfli Memorandum əsasında İsveçin NATO-ya üzvlük müraciəti, Türkiyə-Avropa İttifaqı münasibətləri, qlobal və regional problemlər ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.
Busaat.az























