Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.79 $▲0.39%
  • WTI neft86.23 $▲0.65%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.322 $▲3.39%
  • Qızıl4 038 $▼2.12%
  • Gümüş51.38 $▼3.50%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 386 $▼2.49%
  • Ethereum2 042 $▼4.23%
  • S&P 5007 511▼0.50%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Diaspor

İtaliya mətbuatında Xocalı soyqırımı barədə məqalə dərc edilib

image-xocali
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İtaliyanın “agenziastampa.net” xəbər portalında “Xocalı soyqırımı” sərlövhəli məqalə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildirilib ki, Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə saytda yerləşdirilən məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın 1990-cı illərin əvvəllərindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərinin dinc sakinlərinə qarşı dəhşətli soyqırımı törətdiyi, bu münaqişəyə yalnız 2020-ci il sentyabrın 27-dən başlayan II Qarabağ savaşı zamanı son qoyulduğu barədə ətraflı məlumat verilib.

Yazıda Xocalı soyqırımı şahidlərinin, 1992-ci ilin fevralında kütləvi qətlə məruz qalmız xocalıların meyitlərini lentə alan azərbaycanlı reportyor Çingiz Mustafayevi müşayiət edən rus jurnalisti Yuri Romanovun və azərbaycanlı neyrofizioloq Kamal Əlinin erməni vəhşiliyi barədə fikirlərinə yer verilib.

Xocalı soyqırımının təşkilatçılarından biri, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ingilis jurnalist Tomas de Vaala verdiyi müsahibədə etirafı, erməni yazıçı Markar Melkonyanın isə Xocalı soyqırımının canilərindən biri olan qardaşı Monte Melkonyana həsr etdiyi kitabda erməni əsgərlərinin dinc xocalıları qətlə yetirdiyini yazdığı nəzərə çatdırılıb.

Qeyd edilib ki, dünyanın bir sıra ölkələri bu qətliamı Xocalı soyqırımı kimi rəsmən tanıyıb, lakin indiyədək dəhşətli cinayətin törədilməsində şəxsən iştirak etmiş Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan, eləcə də digər yüksək vəzifəli zabitlər məhkəməyə cəlb olunmayıblar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=36350